Xəbər verdiyimiz kimi, Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib.
Onun ürəyində cərrahi əməliyyat aparılıb. Bu gün ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında qonaq olan Könül Kərimova oğlunun səhhəti haqqında danışıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kərimova verilişdə narahatlığa heç bir səbəbin olmadığını, 27 yaşlı oğlunun əməliyyat xəbərinin şişirdildiyini qeyd edib:
“Hamı narahatdır, bilirəm. Lakin narahatlığa səbəb yoxdur. Oğlum Rəşadın vəziyyəti yaxşıdır. Cavanlar sözə baxmırlar. Rejimsizlik, yeməyini vaxtında yeməməmk… Düzgün qidalanmırdı.
Vaxtında yatmırdı. Hamısı bunların nəticəsidir. Bütün gənclərə dərs olsun. Doğru-düzgün həyat tərzi keçirmək lazımdır. Yaxşı qurtardıq. Şükür, ciddi bir şey olmadı”.
Rəşad Əliyev