Xalq artisti Könül Xasıyeva evini satışa çıxarıb.
Bu barədə Axşam.az-a açıqlamasında xanəndə özü məlumat verib.
O bildirib ki, Şəkidə yerləşən dördotaqlı evini artıq satışa çıxarıb:
“Şəki ilə əlaqəmi kəsirəm. Özümə aid olan problemlərim var. Ona görə də evi satıram”.
K.Xasıyeva yeni təmirdən çıxan mənzilinin dörd otaqdan ibarət olduğunu vurğulayıb.