Kerçdəki antik Mirmekiy şəhərində aparılan qazıntılar zamanı arxeoloqlar unikal boş sarkofaq kəşf ediblər.
Rus mətbuatının xəbərinə əsasən, bu barədə Dövlət Ermitajının Mirmekiy ekspedisiyasının rəisi Aleksandr Butyaqin məlumat verib.
“Tərəfimizdən qeyri-adi, sirli sərdabə aşkar edilib. Onun unikallığı ondan ibarətdir ki, tez-tez qarşılaşdığımız kimi plitələrdən yox, iri daş parçadan yonulub. Bu, əsl daş sarkofaqdır. O dövr üçün isə qeyri-adi sayılır”, – dey Butyaqin deyib.
O, qeyd edib ki, sarkofaqın kiçik ölçüsü körpə uşağın dəfn edilməsindən xəbər verir. Amma alimlər sarkofaqı açanda içinin boş olduğunu görüblər.
“Ehtimal edirik ki, bu sarkofaqa ölmüş, sonradan yandırılmış insanın külü tökülüb. Bir başqa versiya görə isə sərdabə ölkədən kənarda dünyasını dəyişən insanın xatirəsi üçün tikilib”, – deyə arxeoloq əlavə edib.
Qeyd edək ki, sərdabə eramızın VI əsrinin ikinci yarısına aiddir.