Portuqaliya millisi ilə Avropa çempionu olmuş Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Rikardu Kuarejma Bakıya gəlib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, 35 yaşlı futbolçu sabah Gənclər və İdman naziri Azad Rəhimovla görüşəcək.
Qeyd edək ki, Rikardu Kuarejma “Sportinq”lə bir, “Portu” ilə üç dəfə Portuqaliya çempionu olub. Onun “İnter”lə bir dəfə İtaliya, “Beşiktaş”la iki dəfə Türkiyə çempionluğu da var. O, 2010-cu ildə “İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub.
Səbuhi MUSAYEV