Kürdəmirdə polisin fədakarlığı və peşəkarlığı yolda bir insanın həyatın xilas edib.
ÇıxışYolu.Com xəbər verir ki, Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu rayonun Heydər Əliyev prospektində yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb.
Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, ərazidə xidmətdə olan Kürdəmir RPŞ-nin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə Ağasəf İsmayılov ərazidə xidmət aparan polis şöbəsinin patrul avtomobilinə mindirilərək dərhal Kürdəmir RMX-na çatdırılıb.
Xəstəyə dərhal ilk tibbi yardım göstərilib.
Qeyd edək ki, Ağasəf İsmayılov epilepsiya xəstəsidir. Əgər A.İsmayılov vaxtında polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılmasaydı, ağır nəticələr ola bilərdi.
Nazir Quliyev