Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Şirvan şəhər sakini Mikayılov Rəfael Ayazxan oğlu yolu keçmək istəyərkən onu avtomabil vurub.
Ətrafdakı insanların köməkliyi ilə yaralı Kürdəmir RMX-nın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.