ÇıxışYolu.Com - Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı keçirilir

ÇıxışYolu.Com – Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı keçirilir

Baxış sayı: 1. 996 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı keçirilir

Bu gün Lənkəranda üçüncü dəfə Çay, Çəltik və Sitrus Festivalı keçirilir.

ÇıxışYolu.Com-ın bölgə müxbirinin xəbərinə görə, Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən pavilyonlarda rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib. Şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə parkında, geniş meydanda təşkil olunan festivalda ona yaxın pavilyon qurulub.

Bu pavilyonlarda sənaye və kənd təsərrüfatı məhsulları və yerli təamlar nümayiş olunub. Məhsul bayramında taxıl, çəltik, tərəvəz, bostan bitkiləri, sitrus meyvəçilik, çayçılıq, bir sözlə Lənkəran iqtisadiyyatının bütün aparıcı sahələri təmsil olunub.

Bundan başqa pavilyonlarda rayonda istehsal olunan ərzaq, sənaye, kənd təsərrüfatı məhsulları, eləcə də xalq sənətkarlığı nümunələri nümayiş etdirilib.

Festivalda ən bacarıqlı və təcrübəli aşpazların hazırladığı yüksək keyfiyyətli yerli sortlardan olan “Haşimi”, “Sədri”, “Campo” düyülərindən bişirilən 20-yə yaxın plov sərgilənib. Bununla bərabər, Lənkəran mətbəxinin ləziz təamlarından olan ləvəngidən hazırlanan xörəklər və müxtəlif çeşidli kabablar da qonaqlara təqdim olunub.

Festivalda xarici ölkələrin səfirliklərinin əməkdaşları da iştirak edib. Ənənəvi festival axşam saatlarına kimi davam edəcək.

Rövşən Mövlan