Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, hava şəraiti səbəbindən Lənkərana məcburi eniş edən təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb.
Bu barədə AZAL məlumat yayıb.
16:36
AZAL-ın J2-253 Bakı (GYD) – Naxçıvan (NAJ) reysi ilə uçmalı olan təyyarə Lənkəran hava limanına eniş edib.
Bununla bağlı AZAL-ın “Facebook” səhifəsində məlumat verilib.
Bildirilib ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, hava gəmisinin kapitanı Lənkərana enmək qərarına gəlib.
Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.
Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.
Qeyd edək ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.