Lənkəranda yük avtomobilinin aşması nəticəsində sürücü ölüb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin xəbərinə görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Gərmətük kəndindən keçən hissəsində baş verib.
Siyavar kənd sakini, 41 yaşlı Quliyev Rasim Adət oğlunun idarə etdiyi “Mercedes” markalı maşın qarşıdan gələn QAZ-52 markalı yük avtomobil ilə toqquşub.
Hadisə şahidinin bildirdiyinə görə, QAZ-52-nin sürücüsü, 26 yaşlı Şürük kənd sakini Tahirov Hakim Mübariz oğlunun dönmə əməliyyatını qəfil etmək cəhdi həm qəzaya, həm də onun yerindəcə ölümünə səbəb olub. Avtomobildə olan 55 yaşlı sərnişin, Gərmətük kənd sakini Nurullayev Ehtiram Nahid oğlu isə ağır dərəcəli bədən xəsarətləri aldığından Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rövşən Mövlan