Teleməkanın ən səs-küylü layihəsi “Maşın” şousu altı iştirakçı ilə davam edir.
Ötən gün aparıcı Lalə Mustafayevanın “sağ göstərib, sol vurub” Türkan Vəlizadəni oyundan kənarlaşdırması iştirakçıların arasında söz-söhbət yaradıb.
Müğənni Ramal Hüseynov Baku Tv-yə açıqlama verərək bildirib ki, Lalə beş il dostu olduğu insanı çıxarmalı deyildi.
Aparıcının bu hərəkəti Niyam Salaminin də xoşuna gəlməyib:
“Hamımız şokda idik, istədim gedəm üstünə, sonra dedim xanımdı qışqıraram özündən gedər, deyərlər Niyam etdi”.
Zümrüd Qasımova isə, həmkarına haqq qazandırıb: “Hər kəs öz oyununu oynayır”.