ÇıxışYolu.Com - “Leyla üçün susma!”

ÇıxışYolu.Com – “Leyla üçün susma!”

Baxış sayı: 2. 487 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Leyla üçün susma!”

Təxminən son 15 gün ərzində ölkədə 12 qadın cinayəti törədilib.  

Övladları qarşısında qətlə yetirilən Leyladan başqa, qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürülən Cəvahir Əkbərova, məhbusluq həyatı yaşayan ərinə baş çəkməyə gedərkən elə əri tərəfindən döyülən Elmira Bayramova, ata bağlanaraq süründürülən Sahilə Ələkbərova da bu dəhşətin qurbanlarıdır.  

Bütün bunların başvermə səbəbi cəmiyyət üçün sual olaraq qalmaqdadır. Psixoloqlar hesab edir ki, oğlanlardan fərqli olaraq, qızların evlənəcəyi ailələr üçün yetişdirilməsi bu cür şiddətə gətirib çıxarır.  

Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış evləndirilir. Qadına qarşı şiddətin 21-ci əsrdə hələ də davam etməsi, məhz erkən nikahlar və valideynlərin iki gəncin həyatına etdiyi müdaxilə ilə əsaslandırılır.  

2012-ci il oktyabrın 11-dən hər ilin bu günü Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Əsas məqsəd isə bir çox ölkələr üçün aktual olan erkən nikahlara diqqət yönəltməkdir.  

Nəzərə alsaq ki, şərqdə qadına ilk seçki hüququnu verən, müasir dövrümüzdə bir çox dövlət işində, sahibkarlıq istiqamətində qadınların çalışdığı bir ölkədə yaşayırıq, deməli problem qanunlarımızda deyil. 

“Leyla üçün susma” deyən ölkə cəmiyyəti bu problemin həllini də özündə axtarmalıdır.

Tehran Orucoğlu, Vasif Miradəmoğlu, Baku tv