Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Cavab oyunları çərçivəsində son iki matç baş keçirilib.
İngiltərədə “Mançester Siti” ilə “Tottenhem”in dueli 7 qolla nəticələnib.Qarşılaşmada mançesterlilər qalib gəlsələr də, yarımfinala London klubu adlayıb.
İngiltərənin digər təmsilçisi “Liverpul” da yarımfinala yüksəlib. Ötən həftə evdə “Portu”nu məğlub edən komanda Portuqaliyada da qələbə qazanıb.
1/4 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Finalın bir addımlığında “Tottenhem” – “Ayaks” və “Barselona” – “Liverpul” cütləri üz-üzə gələcək. Bu raundun ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri mayın 7-8-də baş tutacaq.