Rusiyalı müğənni Svetlana Loboda Ad gününü sevgilisi Till Lindemannla və yaxın dostları ilə qeyd edib.
Müğənnini təbrik etmək üçün dostları ona sürpriz ediblər: prodüser Natella Krapivina, modelyer Anzor Tetradze, musiqiçi Peter Teqtqren və digərləri Lobodanın Sankt-Peterburqdakı hotel nömrəsinə xəlvətcə daxil olub tort, şampan və part-partlarla təbrik ediblər.
Bundan sonra hamı birlikdə restorana gedib şənliyi davam etdiriblər. Şənlikdən şəkilləri Loboda “Instagram” səhifəsində paylaşıb.
Lindemanla yan-yana oturub qoluna girdiyi şəkli Loboda belə şərh edib:
“Mənim günüm” – #mənim gecəm.
Xatırladaq ki, Loboda və “Ramştayn” qrupunun solisti Till Lindemann 2017-ci ildə Bakıda “Jara” festivalında tanış olublar. 2018-ci ildə Loboda dünyaya özünün ikinci qız uşağını gətirib.