Almaniyanın “Rammstein” rok-qrupu yeni klipini tamaşaçılara təqdim edib.
“YouTube”da yerləşdirilən klipdə baş rolda Rusiyanın məşhur müğənnisi Svetlana Loboda çəkilib. Videoya 2 gün ərzində bir milyondan çox insan baxıb.
Klipdə Loboda qab-qacaq fabrikinin işçisi, Lindemann isə onun rəisi və həmçinin ərinin qardaşı qismində çıxış edib. Rəisin gizli ehtirası zorlama cəhdinə gətirib çıxarır.
Klip Sankt-Peterburq şəhərində çəkilib, rejissoru isə Sergey Minadzedir. Qalmaqallı klipləri ilə tanınan “Rammstein” ilk dəfə olaraq bunun üçün rusiyalı rejissora müraciət edib.