Londonda Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dair ikinci referendumun keçirilməsi tələbi ilə şənbə marşı iştirakçılarının sayı bir milyon nəfərə çatıb.
Rosbalt xəbər verir ki, bu barədə marşın təşkilatçısı olan “People’s Vote” fəallar qrupu məlumat yayıb.
Yürüşdə London meri Sadiq Xan da iştirak edib.