Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinq üzrə dünya çempionatında ilk dəfə Ramal Aslanov qızıl medal qazanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, buna qədər üç dəfə dünya və iki dəfə Avropa ikincisi olmuş “Lord” ləqəbli idmançımız şeytanın qıçını bu dəfə qırmağı bacarıb.
Kikboksinq millimizin kapitanı finalda serbiyalı Miloş Kelyanoviçə qalib gələrək ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, bu gün daha üç idmançımız final görüşünə çıxacaq.
Səbuhi Musayev