ÇıxışYolu.Com – Lukaşenko prezidentlikdən bezib

Baxış sayı: 3. 833 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lukaşenko prezidentlikdən bezib

Belarus prezidenti Aleksandr Lukaşenko jurnalist və ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə verdiyi açıqlama ilə yenidən medianın gündəminə düşüb.

Onun açıqlamasından götürülən sitatı TUT.BY nəşri öz “Twitter” səhifəsinə yerləşdirib.

“Lukaşenko artıq prezidentlikdən cana gəlib, burada başqa prezident də ola bilər. Ancaq elə olsa, ruslarla bağlı məsələ ortaya çıxacaq. Onlar bu Belarus prezidentini tanıyırlar. Təvazökarlıqdan uzaq olsa da, başqası gəlsə, daha çətin olacaq”, – deyə Belarus lideri bildirib.