ÇıxışYolu.Com – Lukaşenko: Seçkilər dürüst keçirilməlidir

Baxış sayı: 3. 281 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lukaşenko: Seçkilər dürüst keçirilməlidir

Nümayəndələr palatası (Belarus parlamentinin aşağı palatası – red.) seçkiləri ilə bağlı qarşıdakı seçki kampaniyasını ləyaqətli, gözəl və dürüst şəkildə təşkil etmək və keçirmək lazımdır.

BelTa”nın məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Orda ilə keçirdiyi görüşdə səsləndirib.  

Belarus lideri həmkarlar ittifaqlarını seçki kampaniyasında aktiv şəkildə iştirak etməyə səsləyib.

Saytın yazdığına görə, prezident bununla parlament seçkiləri üçün həmkarlar ittifaqı üzvləri arasından namizədlərin irəli sürülməsinə eyham vurub.

“Biz kifayət qədər geniş çevrəli elektoral dövrə qədəm qoymuşuq, əvvəl parlament, ardınca isə prezident seçkiləri keçiriləcək. Özünüz çox gözəl bilirsiniz ki, Belarusda həmkarlar ittifaqından daha yaxşı təşkil olunmuş, daha möhkəm birləşmiş  heç nə yoxdur ”, – deyə A.Lukaşenko bildirib.

Xatırladaq ki, Belarusda parlament seçkiləri 2019-cu ildə, prezident seçkiləri isə 2020-ci ildə keçiriləcək.