ÇıxışYolu.Com – Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi

Baxış sayı: 1. 857 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi

Lüksemburqun İdman naziri Qarabağın paltardəyişmə otağına gedib və futbolçularımızdan şəxsən üzr istəyib.

O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçını tapıb cəzalandıracaqlarını bildirib.

 

23:48

Avropa Liqasının “F91 Düdelanj” – “Qarabağ” oyunu yarımçıq dayandırılıb.

 

ÇıxışYolu.Com xəbər verir ki, 30-cu dəqiqədə “Qarabağ” hesabı 2:0 etdikdən sonra qondarma Dağlıq Qarabağın bayrağı stadiona dronla qaldırılıb.

 

Başda “Qarabağ”ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev olmaqla Ağdam komandası bu hərəkətə etiraz edib.

 

Nəticədə görüşün baş hakimi futbolçuları soyunub geyinmə otağına yollayıb. Hazırda matç təxirə salınıb.

 

Bu hərəkətə görə Lüksemburq klubunun UEFA tərəfindən cəzalandırılacağı dəqiqdir.

 

Səbuhi MUSAYEV