ÇıxışYolu.Com - Məhkəmə 300 kq heroinlə tutulan azərbaycanlıya “rəhm” etdi

ÇıxışYolu.Com – Məhkəmə 300 kq heroinlə tutulan azərbaycanlıya “rəhm” etdi

Baxış sayı: 2. 699 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məhkəmə 300 kq heroinlə tutulan azərbaycanlıya “rəhm” etdi

Ukraynada məhkəmə 300 kiloqram heroinlə tutulan qruplaşma üzvlərinin həbsi barədə qərar çıxarıb. Məhkəmənin digər qərarına əsasən, həbs olunan şəxslər 27 milyon qrivna girov müqabilində azadlığa çıxa bilər, onlardan biri isə ev dustaqlığına buraxılıb. 

News.pn saytının məlumatına görə, bu barədə özünün Facebook səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.

O qeyd edib ki, ev dustaqlığına buraxılan şəxs Azərbaycan vətəndaşıdır. 

Məhkəmənin qərarına istehza ilə yanaşan Abroskin narkotik alveri məqsədi ilə Ukraynaya gələn və ev dustaqlığına buraxılan azərbaycanlının məhkəmə qərarının icrası zamanı harada yaşayacağını belə bilmədiyini vurğulayıb.