ÇıxışYolu.Com – Məhkum siyasətçinin film kimi qaçışı

Baxış sayı: 2. 016 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məhkum siyasətçinin film kimi qaçışı

Kolumbiyada 2018-ci ildə keçirilən seçkilərdə saxtakarlıq etməkdə günahlandırılan və 15 il müddətinə azadlıqdan məhrum olunan siyasətçi diş ağrısı adı ilə həbsxana keşikçiləri ilə bərabər xəstəxanaya aparılıb.

Aida Merlano adlı şəxs əlinə düşən bu fürsətdən istifadə edərək klinikadan qaçıb.

Hadisə paytaxt Boqota şəhərində baş verib. Məhkumun filmlərə bənzəyən qaçış anı isə təhlükəsizlik kameralarına düşüb.

Ölkədə Merlanonun ələ keçməsi üçün genişmiqyaslı əməliyyat başladılıb.

Kolumbiya Ədliyyə naziri isə məhkumun qaçdığı həbsxananın müdirini vəzifəsindən azad edib.