Azərbaycanın ümumtəhsil məktəblərində yüzlərlə vakant psixoloq ştatı var. İş yeri olsa da, bu sahədə çalışmaq istəyənlərin sayı azdır.
Şabran rayonunun 34 təhsil müəssisəsində psixoloq ştatı olsa da, cəmi 18-də psixoloq fəaliyyət göstərir. Hər il vakant göstərilən digər 14 məktəbdə də psixoloqa ehtiyacın böyük olduğu deyilir.
Ekspertlər ölkənin bir çox şəhər və rayonlarında bu sahədə çalışacaq mütəxəssislərə ehtiyacın olduğunu təsdiqləyirlər. Bu ixtisas üzrə təhsil alacaq gənclərin iş tapmağında da çətinliklər olmayacaq.
Baku TV əməkdaşlarının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: