Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi barədə məlumat yayıb.
Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.
Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan səkkiz nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Beş nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. Bir nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib.
Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
12:25
Salyanda məktəbliləri idman yarışına aparan mikroavtobus qəzaya uğrayıb.
ÇıxışYolu.Com qəza zamanı mikroavtobusda olanların siyahısını əldə edib.
Siyahı belədir:
Ağayev Ülvi Dostum oğlu (2008)
Kazımov Fərid Saleh oğlu (2008)
Əzizov Hüseyn Əliağa oğlu (2005)
Əhmədov Kamal Samiroğlu (2007)
Əhmədov Samir Əhməd oğlu (1980 – sürücü və məşqçi)
Səfərov Murad Əhməd oğlu (2008)
Ramazanov Adəm Seymur oğlu (2008)
Kazımov Əli İntiqam oğlu (2007).
Şirvan şəhər sakini, 11 yaşlı İlkin Adil oğlu Əhmədov hadisə yerində həyatını itirib.
10:02
Salyanda gəncləri idman yarışına aparan mikroavtobus qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Vita” markalı avtomobil idarəetməni itirərək və yoldan çıxaraq aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, altı nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş DYP tərəfinən araşdırma aparılır.