Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təyyarədə erməni jurnalisti susdurub.
ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə nazirin təyyarə ilə Brüsseldən Moskvaya səfəri zaman baş verib.
Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Videoda bir xanımın E.Məmmədyarova yaxınlaşdığı, ona Qarabağ münaqişəsi ilə bağlı suallar verdiyi görünür. O, erməni olduğunu bildirir və emosional şəkildə nazirə Qarabağın Azərbaycana aid olmadığına dair suallar verməyə başlayır.
E.Məmmədyarov isə sakit şəkildə və gülərək onun suallarını cavablandırır, hətta sonda onu susdurmağı bacarır.
Həmin görüntüləri təqdim edirik: