ÇıxışYolu.Com – Məsciddə dua etdikdən sonra nəzir qutusundan pul götürüb qaçdılar

Baxış sayı: 1. 842 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məsciddə dua etdikdən sonra nəzir qutusundan pul götürüb qaçdılar

Türkiyənin Bursa şəhərində məsciddən pul oğurlanıb.

18 yaşlı Z.T və 19 yaşlı B.S Osmanqazi rayonunda məscidə gəlib, dua ediblər.

Sonra ətrafa göz gəzdirib, heç kimin görmədiyindən əmin olan gənclər nəzir qutusunu açıb oradakı pulu götürüb qaçıblar.

“Hürriyet”in verdiyi xəbərə görə, hadisədən xəbər tutan məscid işçisi polisə xəbər verib.

Polis nəzarət kamerasına düşən oğruları taparaq həbs edib.