“Sihirli Annem” serialında “Tuğçe” obrazını canlandıran Damla Ersubaşı əri tərəfindən aldadılıb.
ÇıxışYolu.Com xəbər verir ki, iş adamı Mustafa Can Keser aktrisaya ikinci uşaqlarını dünyaya gətirməyə az vaxt qalan müddətdə xəyanət edib.
Mustafa barda başqa xanımla görüntülənib.
Aktrisa xəyanəti öyrəndikdən sonra ayrılma qərarı alıb. Belə ki, Damla sosial şəbəkədə həyat yoldaşını izləməkən çıxararaq, onunla olan bütün şəkilləri silib.
İkinci dəfə hamilə olan Damlanın qızı dünyaya gələcək.
Xatırladaq ki, birinci hamiləliyindən sonra aktrisa artıq çəkilərindən xilas olaraq tamamilə dəyişib. Onun bu dəyişiminin həyat yoldaşına görə olduğu bildirilirdi.
Qeyd edək ki, Damla Ersubaşı və Mustafa Can Keser 2016-ci ildə evlənib. Cütlüyün Zəhra adında qızları var.
Aktrisa ilk dəfə olaraq “Yılan hikayesi” serialı ilə məşhurlaşmağa başlayıb.