Türkiyəli aktrisa Hazal Kayanın evi yanıb.
Aktyor və rejissor Ali Atayla evli olan aktrisa yanğın olan zaman evdə tək olub.
Həyat yoldaşı çəkilişlərdə olan Hazal çətin anlar yaşayıb. Səkkiz aylıq hamilə olan aktrisanın və uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.
Yanğından sonra Hazal anasının evinə köçüb.
Hələlik hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.
Bir müddət öncə aktrisa ilk dəfə evini nümayiş etdirmişdi.
Qeyd edək ki, Hazal Kaya və Ali Atay cütlüyü beş illik münasibətdən sonra bu ilin fevralın 7-də ailə həyatı qurub.
Sevinc Yasinqızı