Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Nuri Alço nişanlısını döyüb.
ÇıxışYolu.Com xəbər verir ki, 68 yaşlı aktyor özündən 33 yaş kiçik sevgilisi Burcu Sezginoğlu ilə əylənmək üçün getdikləri məkanda dalaşıb.
Hər kəsin qarşısında əsəbiləşən aktyor nişanlısına şillə vurub. Məkandakı digər müştərilər Nuri Alçonu güclə sakitləşdirməyə çalışıblar.
İddialardan sonra aktyor açıqlama verərək deyilənlərin yalan olduğunu bildirib:
“Elə bir şey yoxdur. Biz xoşbəxt həyat yaşayırıq. Sadəcə olaraq, bizi qısqanan insanlar bu şayiələri yayır. Ayrılmamışıq”.
Qeyd edək ki, “Yeşilcam” filmlərində daha çox mənfi obrazları canlandıran Nuri Alço Burcu Sezginoğlu ilə bir necə ay əvvəl nişanlanmışdı.
Sevinc Yasinqızı