Məşhur aktyor Con Uesli 72 yaşında dünyasını dəyişib.
“The Sun” xəbər verir ki, Uesli xərçəng (melanoma) xəstəliyi ilə uzun bir mübarizə aparsa da, müalicəsi müsbət nəticə verməyib.
Con Uesli Vyetnam Müharibəsi veteranı olub. 1985-ci ildə Çak Norris ilə birlikdə “İtkin düşənlər-2”, Silvester Stallone ilə birlikdə “Yarımçıq 2: Başlanğıc”, 1992-ci ildə “Dur! Yoxsa anam vuracaq” ekran əsərlərində çəkilib. O həmçinin Tim Burtonun “Böyük Balıq” filmində də rol alıb.
Rəşad Əliyev