Məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov və dostları Samara küçələrində “gecə gəzintisi” təşkil ediblər. Gənc “Instagram” hesabında “gəzinti”nin videosunu yerləşdirib.
Belə ki, bahalı xarici avtomobillərdən ibarət karvan Voljski prospekti boyunca yüksək sürətlə hərəkət edib.
Bloqerin dostları daha çox diqqət çəkmək üçün təhlükəli hərəkətlər edib. Gənclərin yolda qışqırmaqları, ötmə əməliyyatları ətrafdakıları narahat edib.
Daxili İşlər Nazirliyinin Regional Qərargahından bildirilib ki, faktla bağlı yoxlama aparılır.
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Blogerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.
Onun 11 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov durmadan müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran işi ilə məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.