Əfsanəvi “Victoria`s Secret” şousunun bu il baş tutmayacağı haqqında xəbərdən sonra məşhur brendin atdığı addım eşidənləri heyrətləndirib.
ÇıxışYolu.Com xəbər verir ki, marka tarixində ilk dəfə olaraq transseksual model ilə əməkdaşlığa imza atıb.
Bu, 22 yaşlı gözəl bədən quruluşuna sahib, əslən braziliyalı model Valentina Sampayodur.
Valentina 2017-ci ildə “Vogue” dərgisinin üz qabığına çəkilən ilk transgender olub.
Keçən il, “Victoria’s Secret” nümayəndələrindən birinin transgender insanlar haqqında verdiyi şərh tənqidlərə səbəb olub. Nümayəndənin sözlərinə görə, şouda bu cür modellər yer ala bilməz və belə bir əməkdaşlığın heç vaxt mümkün olmayacaq.
Çoxları əmindir ki, verilən bu cür neqativ rəy LGBT cəmiyyətində kəskin reaksiyasına səbəb olub. Nəticədə şounun reytinqi aşağı düşüb və növbəti şounun ləğv edilməsində mühüm rol oynayıb.
Rəşad Əliyev