ÇıxışYolu.Com - Məşhur model zibil vedrəsi və fənərin köməyilə hər kəsi heyran qoydu

ÇıxışYolu.Com – Məşhur model zibil vedrəsi və fənərin köməyilə hər kəsi heyran qoydu

Baxış sayı: 1. 922 dəfə baxılıb.

Məşhur model Sindi Kimberli əl altında olan əşyaların köməyi ilə çoxsaylı “bəyənmə” gətirən foto çəkdirməyin sirrini bölüşüb.

Bu barədə “Fox News” xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı Kimberli ətrafında olan hər şeydən – hətta zibil vedrəsi və fənərdən ilham ala bilir. Qızın sözlərinə görə, onun həmin gün planlaşdırılan çəkiliş üçün vaxtı olmayıb, bu vaxt o sadə bir “layfhak” xatırlayıb.

Qız ağ çimərlik geyiminin üzərindən karkas ətək geyinib və saçlarının dalğalanması üçün sərinkeşi qurub.

Modelin “Instagram” səhifəsinin izlıyiciləri onun bu ideyasına heyran qalıblar.

Bundan əvvəlki fotosessiyalarda da Kimberli əlinin altındakı vasitələrdən – penoplast, süni güllər və hətta tavana bərkitdiyi adi lentlərdən istifadə etmişdi.