Tanınmış müğənni Aynur Dadaşova canlı efirdə bədbəxt hadisə ilə üzləşib.
ÇıxışYolu.Com xəbər verir ki, Aynur “Space” TV-nin səhər efirində ifası zamanı gözlənilmədən müvazinətini itirirək, arxası üstdə dekorasiyanın üstünə yıxılıb.
Bu anda onun köməyinə proqramın aparıcısı, Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) gəlsə də, onu yıxılmaqdan qoruya bilməyib.
Verilişin qonaqları müğənni Niyam Səlami təəccübünü, aktyor-parodiyaçı Məcid Hüseynov isə gülməkdən özünü saxlaya bilməyib.
Canlı efirdə yayımlanan görüntülər isə sosial mediada müzakirə predmetinə çevrilib.
Rəşad Əliyev