Amerikalı müğənni Stiv Uanderə böyrək köçürüləcək.
Bu barədə Deadline nəşri yazır.
Bunu müğənni Londonda British Summer Time festivalında bildirib. Uander daha üç konsert verəcəyini, sonra isə qastrolu yarımçıq dayandıracağını deyib.
Tanınmış ifaçı hazırda özünü yaxşı hiss etdiyini əlavə edib.
Qeyd edək ki, Uander 25 dəfə “Qremmi” mükafatçısı olub.