Cənubi Afrikadan olan ingilis əsilli bəstəkar-müğənni Conni Kleq 66 yaşında vəfat edib.
CNN xəbər verir ki, məşhur musiqiçi 2015-ci ildən bəri əziyyət çəkdiyi mədəaltı vəzi xərçəngindən həyatını itirib.
Məlumata əsasən, C.Kleq səhhətinin ağır olmasına baxmayaraq, qastrol səfərlərinə, eləcə də konsertlər verməyə davam edib.
Qeyd edək ki, 1993-cü ildə keçirilən nüfüzlu “Qremmi” mükafatlandırma mərasimində C.Kleq “Ən yaxşı albom” nominasiyasında qalib olmuşdu.
Rəşad Əliyev