Ukraynalı repçi Aleksandr Pabl Moskvanın qərbində hücuma məruz qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, axşam saat 18:00 radələrində məşhur repçinin avtomobili travmatik silahlardan atəşə tutulub.
Hücum zamanı o, öz avtomobilində sevgilisi ilə olub. Naməlum şəxslər avtomobili atəş tutaraq, dərhal gözdən itiblər. Hadisə nəticəsində avtomobilin sol ön şüşəsi sınıb, xoşbəxtlikdən cütlük xəsarət almayıb. Hadisədən sonra Pabl şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Baş verən hadisənin motivləri açıqlanmayıb.
Qeyd edək ki, Aleksandr Pablın çox ağır həyat dramı var. İllər öncə keçirdiyi avtomobil qəzası nəticəsində onun hər iki ayağı amputasiya olunub, protezlərlə gəzir. Aleksandr Rusiyanın birinci kanalında yayımlanan “Qolos” (Səs), TNT-də yayımlanan “Pesni na TNT” layihələrində uğurla iştirak edib.
Rəşad Əliyev