Nyu-Yorkun dünyaca məşhur “Metropolitan” muzeyi qapılarını “Met Gala 2019” tədbiri üçün açıb.
ÇıxışYolu.Com xəbər verir ki, dəbdəbəli gecənin əsas konsepti “Kamp: Modanın qeydləri” olub.
Mərasimə bir çox məşhur simalar və ulduzlar axın ediblər.
Şöhrətləri sərhədlər aşanlar ultra dəbli və glamur geyim, eləcə də, qalmaqallı tərzləri ilə nağıllar aləmini xatırladan gecəyə damğa vurublar.
Abartılı qrim və makiyaj edib, rəngarəng libaslar geyinib, par-par yanan aksessuarlarla bəzənən ulduzlar paparazzilərin obyektivlərinə cəsarətli və seksual pozlar veriblər.
Onlar bu görüntüləri isə sosial şəbəkələrdə saysız-hesabsız müzakirələrə yol açıb.
Rəşad Əliyev