ÇıxışYolu.Com – Məsut Özilə hücum edən şəxs həbsxanada döyülüb

Baxış sayı: 1. 922 dəfə baxılıb.

ÇıxışYolu.Com - Məsut Özilə hücum edən şəxs həbsxanada döyülüb

“Arsenal”ın futbulçuları Məsut Özilə və Sead Kolaşinatsa hücum etdiyi üçün həbs olunan britaniyalı Eşli Smit həbsxanada döyülüb.

Bu barədə “Mirror” yazır.

Mənbənin məlumatına görə, Smit kamera yoldaşı tərəfindən döyülüb. Kişi onu dostunun anasını qarət etməkdə günahlandırıb. Həmçinin britaniyalının üzünə zərbələr dəydiyi vaxt rəhm diləməsi kadrları da yayılıb. Deyilənən görə, məhbus az qala gözündən məhrum olacaqmış.

Smit Özilə və Kolaşinatsa hücuma görə 10 il həbs cəzası alıb. 30 yaşlı kişi Londanda küçədə futbolçuları qarət etmək istəyən silahlı dəstənin tərkibində imiş.

Silahlılar idmançıların olduğu maşını oğurlamaq istəyiblər. Lakin Kolaşinats buna mane ola bilib. Nəticədə onlardan heç biri ziyan görməyib.