“Avro-2020”-nin seçmə mərhələsində 7-ci tura start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan millisinin də qatıldığı “E” qrupunda 2 oyun keçirilib.
Xorvatiya millisi Split şəhərində Macarıstanı qəbul edib və 3:0 hesabı ilə qələbə qazanıb. İlk qolu 5-ci dəqiqədə kapitan Luka Modriç vurub, daha sonra isə hücumçu Bruno Petkoviç dubl edib (24, 42 dəq.).
Qrupun digər qarşılaşmasında Slovakiya millisi Uelslə heç-hecə edib – 1:1.
Qeyd edək ki, 2 gün sonra, növbəti turun oyunları çərçivəsində Azərbaycan millisi Budapeştdə Macarıstanın qonağı olacaq.