ÇıxışYolu.Com – Mahir Emrelinin zədəsinin sağalma müddəti bilindi

Baxış sayı: 2. 183 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mahir Emrelinin zədəsinin sağalma müddəti bilindi

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli bu gün tibbi müayinədən keçib.

ÇıxışYolu.Com xəbər verir ki, onun ayaq bağlarında dartınma olduğu aşkarlanıb.

Futbolçumuzun təxminən iki həftə futboldan kənar qalacağı gözlənilir.

Qeyd edək ki, o, dünən “Sabah”la matçın 38-ci dəqiqəsində Abdullah Zubirlə əvəzlənib.

14:14

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

ÇıxışYolu.Com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək.

Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.