ÇıxışYolu.Com – Mahir Mədətov qapıçının burnunu sındırdı

Baxış sayı: 3. 016 dəfə baxılıb.

ÇıxışYolu.Com - Mahir Mədətov qapıçının burnunu sındırdı

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda “Keşlə”nin qapıçı Şahin Zəkiyevin burnu sınıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, 17-ci dəqiqədə buraxılan ilk qol zamanı zədələnib. 

“Qarabağ”ın hücumçusu Mahir Mədətovun dizi 19 yaşlı Şahin Zəkiyevin burnuna tuş gəlib. O, 23-cü dəqiqədə Davud Kərimi ilə əvəzlənib. Gənc qapıçı xəstəxanaya çatdırılıb.

Onun burnunda və almacıq sümüyündə sınıq var.

Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” “Keşlə”nini 3:0 hesabı ilə məğlub edib.

Səbuhi MUSAYEV