ÇıxışYolu.Com – Makqreqor yenidən idmana qayıdır

Baxış sayı: 2. 662 dəfə baxılıb.

ÇıxışYolu.Com - Makqreqor yenidən idmana qayıdır

İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən idmana qayıdır.

O, “Twitter” hesabında bu barədə yazıb:

“Hansı dinə və kökə sahib olmalarından asılı olmayaraq, azərkeşlərimlə birgə irəliyə doğru hərəkət etmək istəyirəm. Bütün dini inanclar bizi daha yaxşı biri edir. Oktaqonda görüşərik”, – deyə o bildirib.

Qeyd edək ki, Makqreqor idmandan gedişi barədə 26 martda məlumat vermişdi. Bu hadisədən sonra o, sosial şəbəkələrdə aktivliyi: UFC çempionu Həbib Nurməhəmmədovu “siçovul” adlandırması, onun həyat yoldaşını təhqir etməsi, dəsmalla müqayisə etməsi ilə gündəmdə idi.

Nəzrin Həsənova