İngiltərənin “Mançester Siti” klubu LGTB-yə dəstək nümayiş etdirib.
Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, cinsi azlıqlara dəstək vermək üçün klubun xüsusi forması olacaq.
Ağ rəngli formalar bu mövsüm boyunca satışda olacaq. Azarkeşlər onu 27 avroya əldə edə biləcəklər.
Formanın dizaynı klubun sifarişi ilə Mançester Metropolitan universitetinin tələbələri tərəfindən hazırlanıb.