Londonda keçirilən İngiltərə Superkuboku qarşılaşması öncəsi “Mançester Siti” və “Liverpul” klublarının fanatları metroda dava ediblər.
“Sovetski sport” xəbər verir ki, azarkeşlər qatarın stansiyada dayandığı zaman əlbəyaxa olublar.
Polis münaqişə iştirakçılarının axtarışına başlayıb.
Qeyd edək ki, “Mançester Siti” – “Liverpul” qarşılaşmasının əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Penalti zərbələrində isə mançesterlilər daha dəqiq olublar (5:4).