Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan ÇıxışYolu.Com-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.
Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində ümumən normal külək rejiminə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti 370 km/san-yə qədər azalıb. Geomaqnit sahə, son 24 saat ərzində ümumən sakitdir (Kp=3, 4).
Proqnoz dövründə (24 – 26 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Proqnoz dövründə ilk iki gün (24, 25 oktyabr) tac dəliyindən çıxan yüksək sürətli axınlar effekti səbəbindən Günəş küləyi parametrlərinin zəif güclənəcəyi proqnozlaşdırılır. Sonuncu proqnoz günü isə (26 oktyabr) şəraitin yenidən normal səviyyəyə geri dönəcəyi gözlənilir.
Proqnoz dövründə (24 – 26 oktyabr) geomaqnit sahədə ümumən sakitlik (Kp=3, 4), lakin qısa fasilələrlə CH HSS effektinin təsiri hesabına G1 Minor səviyyəli qasırğa şəraiti (Kp=5) müşahidə oluna bilər. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə demək olar ki, məruz qalmır.
Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 30%-dən, son gün isə 15%-dən aşağı qiymətləndirilir.
Könül Cəfərli