İkiqat dünya, yeddiqat Avropa çempionu, iki dəfə Olimpiya oyunlarının mükafatçısı, güləş üzrə milli komandamızın üzvü Mariya Stadnik maraqlı paylaşımla diqqət mərkəzinə düşüb.
ÇıxışYolu.Com xəbər verir ki, idmançı xanım ilk dəfə makiyajlı fotolarını izləyiciləri ilə bölüşüb.
Stadnikin fərqli görünüşü izləyicilər tərəfindən bəyənilib və xoş rəylər alıb.
Mariya fotolarını “Gülümsəmək ən yaxşı makiyajdır” başlığı ilə yayımlayıb.