ÇıxışYolu.Com – Mariya Zaxarova: Lavrovla çalışmaq bütöv bir bilik və təcrübə dünyasıdır

Baxış sayı: 2. 228 dəfə baxılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova News.ru saytına geniş müsahibə verib.

Qadın siyasətçi işindəki nüanslardan, sosial şəbəkədə fəaliyyətindən, Xarici İşlər naziri Sergey Lavrovla qarşılıqlı münasibətlərindən və yaradıcılıq həvəslərindən danışıb.

– Mariya Vladimirovna, bu yaxınlarda Çinə rəsmi səfər çərçivəsində Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çuninlə söhbətləşmisiniz. Bilirəm ki, bu, sizin ilk belə səfəriniz deyil. Hansı mövzuları müzakirə etdiniz?

– Mən bu səfərdə Pekində keçirilən informasiya mövzusunda məsləhətləşmələrdə iştirak etdim. Bu, bizim digər ölkələrdəki həmkarlarımızla münasibətlərin ənənəvi formasıdır. Plan çərçivəsində tərəflərin fikir mübadiləsi barədə razılıq əldə edib onu reallaşdırırıq.

Məsləhətləşmələr, əsasən, təcrübə mübadiləsi və informasiya sahəsindəki beynəlxalq problemlərin nəzərdən keçirilməsinə həsr olunur: biz mətbuat xidmətlərinin fəaliyyətini qurmaq təcrübəsini, müəyyən məsələlərə reaksiyasını, birgə layihələri həyata keçiririk.

Nəzərə alsaq ki, rusiyalı jurnalistlər ölkə xaricində, xarici jurnalistlər isə Moskvada çalışır, belə suallar az olmur.

ÇıxışYolu.Com - Mariya Zaxarova: Lavrovla çalışmaq bütöv bir bilik və təcrübə dünyasıdır

– Siz sosial şəbəkələrdə təmsil olunursuz, “Facebook”da şəxsi səhifənizi idarə edirsiniz. Digər media platformalarında, misal üçün, “Twitter”də səhifə açmaq fikriniz var?

– Mən “Facebook” və “Instagram”da səhifələrimi idarə edirəm. Bunlar mənim şəxsi səhifələrimdir, vəzifəmlə birbaşa əlaqəli deyil. Mən sosial şəbəkə səhifələrimi rəsmi təyinatımdan öncə açmışam, orada təəssüratlarımı bölüşürəm, eyni zamanda, ekspert kimi çıxış edirəm.

Sosial şəbəkələrin həyatımıza gəlişindən sonra mətbuat və media fəallığı haqda təsəvvürlər dəyişdi. 20 il öncə peşəkar fəaliyyətlə şəxsi həyat arasındakı fərqi dəqiq söyləmək olurdu. Lakin bu gün, birbaşa və ya dolayısı ilə, şəxsi həyatımızı keçirdiyimiz informasiya meydanında bu xətləri necə çəkmək olar?

Biz dəfələrlə media konfranslarında və forumlarda bu mövzuya toxunuruq: insanlara sosial şəbəkələrdə hansı formada təmsil olunmalı olduqlarını təyin edə bilmərik. Bu səbəbdən mən öz “Facebook” səhifəmdə ekspert kimi təmsil olunuram. Əlbəttə ki, bu heç bir halda rəsmi mənbələri əvəz etmir – Xarici İşlər Nazirliyinin öz hesabları var.

ÇıxışYolu.Com - Mariya Zaxarova: Lavrovla çalışmaq bütöv bir bilik və təcrübə dünyasıdır

– Sergey Lavrovla birlikdə çalışmaq necə təcrübədir?

– Mənə elə gəlir ki, bu, bütöv bir bilik və təcrübə dünyasıdır. Peşəmizin ən yüksək səviyyəsini müşahidə etmək üçün unikal şansdır. Sən beynəlxalq işlərdə bizə dost olmayanların belə onun avtoritetinə qoyduqları münasibətə şahidlik edirsən.

– Bilirəm ki, siz musiqilərə mətinlər, şeirlər yazırsınız.

– Mən bu nümunələri şeir yaxud poeziya adlandıra bilmərəm. Bu hansısa emosional tarix, haradansa gələn hiss, duyğudur.