ÇıxışYolu.Com - Marketin damını söküb ərzaq oğurladılar

ÇıxışYolu.Com – Marketin damını söküb ərzaq oğurladılar

Baxış sayı: 2. 659 dəfə baxılıb.

Bakıda Xətai rayonunda yerləşən marketlərdən birində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mağaza sahibi marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar. Qrupun digər üzvü paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda cəza çəkir.

Araşdırma zamanı E.Alıyevin marketə dam hissədən daxil olaraq seyfi ələ keçirdiyi məlum olub. Digər üzvlərlə birgə seyfi sındırıb pulu aralarında böldükdən sonra izi itirmək məqsədilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Seyf tapılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.