“Eurovision” yarışmasında çıxışdan imtina edən ukraynalı müğənni MARUV Kiyev aeroportunda qarət edilib.
“Ukrainskiye novosti” yazır ki, hadisə müğənni Tel-Əviv səfərindən qayıdarkən baş verib.
“Hansısa çox bilmiş uşaqlar zinət əşyaları özümlə daşıdığımı düşünərək çamadanımı açıblar və zinət əşyalarına oxşayan nə varsa aparıblar”, – deyə o vurğulayıb.
Müğənni əlavə edib ki, çamadanda qiymətli əşya olmayıb.