Masallıda “VAZ” markalı iki minik avtomobili toqquşub, bir nəfər dünyasını dəyişib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə yarısı köhnə Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.
Liman şəhər sakini, 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu 10 LT 617 dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı maşın qarşıdan gələn 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi 10 EC 733 dövlət qeydiyyat nişanı “Vaz 2106” markalı avtomobillə toqquşub.
Yaralı sürücülər və sərnişinlərdən biri, N.Əzimlinin 41 yaşlı anası Aynur Əzimli Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Qəza zamanı “Vaz 2107”-də olan sürücünün atası, 50 yaşlı Vidadi Əzimli isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, “Vaz 2107”-də olan bir ailənin üzvləri hərbi xidmətdə olan övladının andiçmə mərasimindən evə qayıdanda belə bədbəxt hadisə baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.